12px13px15px17px
Tarix:25/11/11

COMSTECH-in İcraiyyə Komitəsinin 29-cu iclası keçirilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında 23-26 noyabr 2011-ci il tarixlərində keçirilən “BakuTel - 2011” 17-ci Beynəlxalq sərgi-konfransı çərçivəsində Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və COMSTECH-in təşkilatçılığı ilə 25-26 noyabr tarixlərində Bakı şəhərində İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnoloji Əməkdaşlıq üzrə Nazirlərin Daimi Komitəsinin (COMSTECH) İcraiyyə Komitəsinin 29-cu iclası keçirilir.

 

İki gün davam edəcək iclasda islam ölkələri və digər ölkələr arasında elm, texnologiya, təhsil, geri qalmış ölkələrə bu sahədə müəyyən köməkliyin edilməsi, onların birgə layihələrdə iştirakını təmin etmək, nüvə tədqiqatlarının sülh məqsədilə istifadə olunması, enerji problemlərinin həlli, ərzaq problemlərinin aradan qaldırılması, biotexnologiyalar layihələrin həyata keçirilməsi kimi məsələlər müzakirə olunacaq.

 

Açılış mərasimində çıxış edən COMSTECH-in baş əlaqələndiricisi Atta-ur-Rahman Azərbaycan hökumətinə iclasın yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını bildirib və ölkələrin inkişafında informasiya kommunikasiya texnologiyalarının (İKT) rolunu qeyd edib.
 
 
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov öz nitqində İcraiyyə Komitəsinin üzvlərini salamlayaraq keçirilən iclasın əhəmiyyətini vurğulayıb.
 
 
Nazir bir sıra islam ölkələrinin elmi-texnoloji göstəricilərə görə hələlik geri qaldığını təəssüf hissi ilə qeyd etməklə son zamanlar bu istiqamətdə əldə olunan müsbət tendensiyaları  diqqətə çatdırıb. Əli Abbasov əlavə edib ki, COMSTECH-in əsas məqsədi bütün islam dövlətlərinin texnoloji inkişafda uğurlar qazanması üçün kömək və əməkdaşlıq etməkdən ibarətdir.
 
 
Nazir Azərbaycan haqqında danışaraq hökumətin yüksək texnologiyalara əsaslanan cəmiyyət və iqtisadiyyat qurmaq istiqamətindəki siyasətini önə çəkib və bu günlərdə Bakıda keçirilən və respublikada İKT sektorunun yüksək inkişaf tempini əks etdirən Bakutel 2011 sərgi və konfransını nümunə kimi göstərib.
Əli Abbasov çıxışının sonunda Azərbaycanın İKT-in inkişafı naminə əməkdaşlığa hazır olduğunu bir daha vurğulayıb.  
 
 
Qeyd edək ki, İcraiyyə Komitəsinin 28-ci iclasında təşkilatın baş əlaqələndiricisi, pakistanlı professor Atta-ur Rahman Azərbaycan Respublikasında son illər müşahidə olunan iqtisadi yüksəlişi, həmçinin informasiya texnologiyaları və elm sahələrində həyata keçirilən genişmiqyaslı işləri nəzərə alaraq, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun COMSTECH-in Baş Assambleyasının baş məruzəçisi (Rapporteur General) kimi namizədliyini təqdim etmiş və komitə üzvləri bu təklifi yekdilliklə qəbul etmişlər.
 

Həmçinin, COMSTECH-ə üzv ölkələrin Azərbaycan təcrübəsi ilə yaxından tanış olması üçün İcraiyyə Komitəsinin növbəti iclasının (rotasiya üsulu ilə) cari ildə Bakıda keçirilməsi təklif olunmuşdur. Məlumat üçün bildirək ki, COMSTECH - Elm və Texnoloji Əməkdaşlıq üzrə Nazirlərin Daimi Komitəsi İslam Əməkdaşlıq Təşkilatının 1981-ci ilin yanvar ayında Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçirilən III İslam Sammiti tərəfindən yaradılmışdır.

 

Komitənin məqsədi elm və texnologiya sahəsində İƏT-ə üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq və ehtiyatların şəbəkələşdirilməsi vasitəsi ilə fərdi və kollektiv qabiliyyətin möhkəmləndirilməsinə kömək etməkdən ibarətdir.

 

COMSTECH İƏT-ə üzv dövlətlərə İƏT regionunda sosial-iqtisadi inkişaf və sənayeləşməyə doğru elm və texnologiyadan böyük ianəçi kimi çıxış etmək imkanı verir. Qeyd edək ki, İƏT-in bütün üzv dövlətləri COMSTECH-in də üzvüdür. COMSTECH-in sədri Pakistan İslam Respublikasının Prezidentidir.

 

Komitənin Baş qərargahı Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində yerləşir. COMSTECH-in Baş əlaqələndiricisi və COMSTECH İcraiyyə Komitəsinin sədri Pakistan Milli Elmlər Akademiyasının Prezidenti Professor Atta-ur-Rahmandır.

 

Azərbaycan Respublikası COMSTECH-in İcraiyyə Komitəsinin 8 üzv ölkəsindən (İran İslam Respublikası, İordaniya Haşimilər Krallığı, Niger Respublikası, Pakistan İslam Respublikası, Fələstin Dövləti, Səudiyyə Ərəbistanı Krallığı, Seneqal Respublikası) biridir.





Baxış sayı: 1468

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 İyun 2020

04/06/20
“Chromium” mühərrikinə əsaslanan yeni “Microsoft Edge” brauzeri “Windows 10” istifadəçilərinə əlçatan olub

Hələ 2015-ci ildə təqdim edilmiş “Microsoft Edge” brauzeri uzun müddət “Internet Explorer”in yeni tərtiba

04/06/20
“Samsung Galaxy Note 20 Ultra” modelinin ilk fotoşəkilləri dərc edilib

“SM-N986U” model nömrəli “Samsung” smartfonu bu yaxınlarda “Bluetooth SIG” təşkilatında sertifikasiyada

03 06 2020

03/06/20
2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük həcmi 7% azalacaq

“Canalys”in analitiklərinin proqnozuna görə, 2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük h

03/06/20
“5G” dəstəkli “Honor” smartfonları təqdim olunub

“Honor” brendi Çində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən “Honor Play 4” və

03/06/20
Dünya fərdi kompüter və planşetlər bazarında azalma gözlənilir

“Canalys” şirkəti bu il dünya fərdi kompüter və planşetlər bazarında kəskin azalmanı proqnozlaşdıraraq bu

03/06/20
“Facebook” köhnə nəşrləri "toplu" şəkildə silməyə imkan verib

“Facebook” sosial şəbəkəsi tərəfindən hazırlanmış alət vasitəsilə istifadəçilər öz hesablarından rəqəmli

03/06/20
“Android” üçün təhlükəli proqramlar aşkar edilib

“Google Play Store” internet mağazasında “Android” sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş iki mob

03/06/20
Orta qiymət sinfinə məxsus ən güclü smartfonların reytinqi tərtib edilib

Mobil qurğuların məhsuldarlığını qiymətləndirmək üçün nəzərdə tutulmuş “AnTuTu” proqramının yaradıcıları

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.