12px13px15px17px
Tarix:07/01/20

“8К” formatlı yeni “Samsung Q950TS” televizoru tam çərçivəsizdir

"Samsung" şirkəti Las-Veqasda keçirilən "CES 2020" elektronika sərgisində "8К" formatlı qabaqcıl "Q950TS" televizorunu nümayiş etdirib.

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, televizor tam çərçivəsiz "Infinity Design" ekranı ilə təchiz edilib. Bundan başqa, panelin qalınlığı 15 mm, təsvir ölçüsü 7680 × 4320 piksel təşkil edir.

Bildirilir ki, televizorda "Quantum 8K" süni intellekt prosessoru tətbiq edilib. Xüsusi miqyaslama alqoritmi kiçik təsvir ölçülü əsas təsviri "8К" formatınadək yaxşılaşdırır.

"Object Tracking Sound Plus" texnologiyası səsli müşayiəti daim optimallaşdırmaqla televizorun dinamikləri sayəsində həcmli səsləndirmə effektinin yaradılması üçün 5.1 formatlı audiosistemi formalaşdırmağa imkan verir.

Həmçinin "Bixby", "Google Assistant" və "Amazon Alexa" səsli köməkçi funksiyaları tətbiq edilib. Digər qurğularla bağlantı üçün "Bluetooth" və "Wi-Fi" simsiz rabitə adapterləri nəzərdə tutulub.

Televizorda tətbiq edilən yeni texnologiyalardan biri "AI ScaleNet" sistemidir. O, faylların sıxılması zamanı məlumatların itirilməsini minimallaşdırmaq və aşağı buraxılış qabiliyyətli şəbəkələrdə kontentin "8K" təsvir ölçüsündə ötürülməsi üçün dərin maşın təlimi vasitələrindən istifadə edir.

"8K" kontenti "AI-downscaler" vasitəsilə "4K" keyfiyyətinədək sıxılır və kontenti əvvəlki "8K" vəziyyətinə qaytarmaq üçün "AI ScaleNet" sistemindən istifadə edən istifadəçinin televizoruna ötürülür.  

"Samsung Q950TS" televizorunun satışa çıxarılma müddəti və qiyməti barədə məlumat verilmir.
 
Nizam Nuriyev




Baxış sayı: 915

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024