12px13px15px17px
Tarix:25/11/11

Dünyada ən parlaq pikoproektor

“AAXA Technologies” şirkəti 340 dollar dəyərində olan yığcam “AAXA P4” proyektorunun satışlarına başlayıb. Qurğu 750 MHz prosessor, 2 Qb fləş yaddaş, SD kartlar üçün slot və 1 Vt gücündə dinamiklə təchiz edilib. 3,5 mm audio konnektor, “D-Sub” və “USB 2.0” portları var. İstehsalçı iddia edir ki, “AAXA P4” dünyada akkumulyator batareyasından qidalanan ən parlaq pikoproektordur.

 

Qurğu təsviri diaqonal üzrə 80 düym ölçüyə qədər formalaşdırmağa imkan verir; şəklin maksimal kəskinliyi 1280×768 pikseldir (WXGA). Parlaqlıq 80 lümenə (işıq seli vahidi) bərabərdir; avtonom iş vaxtı 75 dəqiqəyə qədərdir. Pikoproektor “Windows CE” əməliyyat sistemindən istifadə edir. Qurğunun çəkisi 360 qramdır; çatdırma dəstinə üçayaq və uzaqdan idarə etmə pultu daxildir.





Baxış sayı: 1552

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024