12px13px15px17px
Tarix:09/01/20

Yeni mühafizəli “Samsung” smartfonu suya və zərbələrə davamlıdır

“Samsung” şirkəti mühafizəli smartfonlar seriyasına “Galaxy Xcover Pro” modelini əlavə edib. Cənubi Koreya şirkətinin bir sıra son mühafizəli modellərindən fərqli olaraq yeni qurğudan təkcə korporativ sifarişçilər (məsələn, dövlət xidmətləri) deyil, eyni zamanda adi alıcılar da yararlana biləcəklər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DGL” resursuna istinadən yazır ki, korpusu plastik və rezindən hazırlanan smartfon “IP68” və “MIL-STD-810G” standartlarına uyğundur. Bu isə öz növbəsində suya və zərbələrə qarşı davamlılığı təmin edir. Həmçinin model 4020 milliamper/saat tutumlu çıxarılabilən akkumlyatorla fərqlənir ki, buna da müasir smartfonlarda çox nadir hallarda rast gəlinir.

 

Məlumata görə, qurğunun arxa tərəfində 25 və 8 meqapikselli adi və enlibucaqlı kameralar yerləşir. Ön tərəfdə ekrana dairəvi formada yerləşən 13 meqapikselli modul quraşdırılıb. 6,3 düym diaqonallı ekranın təsvir ölçüsü 2400 х 1080 pikselə bərabərdir.

 

Modelin əsasını “Galaxy A51” smartfonunda quraşdırılan “Samsung Exynos 9611” prosessoru təşkil edir. Operativ və quraşdırılmış yaddaş tutumu müvafiq olaraq 4 və 64 giqabayta uyğundur. Bundan başqa, smartfon “NFC” çipi, 15 vatlıq sürətli enerji doldurma və korpusun yan tərəfində yerləşən barmaq izi skaneri ilə təchiz edilib.

 

“Samsung Galaxy Xcover Pro” smartfonunun Avropa qiyməti 500 avro təşkil edəcək.

 

Nizam Nuriyev





Baxış sayı: 1009

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024