12px13px15px17px
Tarix:10/01/20

2020-ci ildə noutbukların 10%-i “Wi-Fi 6” dəstəyinə malik olacaq

2020-ci ildə dünya bazarına daxil olacaq yeni noutbukların təxminən 10%-i "Wi-Fi 6" standartını dəstəkləyəcək. "Intel Gen Comet Lake" prosessorları bu artımı təmin edəcək. Bu haqda şəbəkə avadanlığı istehsalçıları arasındakı mənbələrə istinadən "DigiTimes" nəşri yazıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, "Acer", "ASUS", "Dell" və "Lenovo" daxil olmaqla bir sıra şirkətlər "CES 2020" sərgisində "Wi-Fi 6" standartını dəstəkləyən "Intel Gen Comet Lake" platforması ilə işləyən noutbuklarını təqdim ediblər.

 

"Wi-Fi 6" standartında "Wi-Fi 5"dən fərqli olaraq məlumatların ötürülmə sürəti 1,5 dəfə (6,9-dan 9.6 QB/san-dək) yüksəlib. Ancaq son istifadəçilərdə real sürət artımı 30-40% aralığında olmalıdır.

 

Bundan başqa, yeni standart "WPA3" (Wi-Fi Protected Access III) adlı daha təkmil şifrləmə sisteminə malikdir və "W-Fi" dəstəkli qurğuların olduğu yerdə daha yüksək sabitliyini təmin edir. Texnologiya 2,4 və 5 QHs tezlik diapazonlarında işləyir ki, bu da böyük buraxılış qabiliyyətini təmin edir.

 

Emil Hüseynov





Baxış sayı: 544

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024