12px13px15px17px
Tarix:13/01/20

Şəffaf “OLED” televizorun prototipi nümayiş olunub

Çinin "Skyworth" şirkəti Las-Veqasda keçirilən "СES" istehlak elektronikası sərgisində şəffaf "OLED" televizorun prototipini nümayiş etdirib. Qurğu həm adi, həm də yarımşəffaf rejimdə işləyir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "IXBT" resursuna istinadən yazır ki, məlumata görə, Çin istehsalçısı "LG Display" şirkətinin istehsalı olan 55 düymlük şəffaf "OLED" panellərdən istifadə edib. Cənubi Koreya şirkəti onların buraxılışına ötən ilin əvvəlində başlayıb.

 

"LG" şirkətinin istehsalı olan şəffaf "OLED" ekranları 150 kandel kvadratmetr (kd/m2) parlaqlıqla (ağ rəngin pik parlaqlığı 400 kd/m2) xarakterizə edilir. Şəffaflıq 38 faiz təşkil edir. Ekran "NTSC" rəng məkanının 120 faizini əhatə edir.

 

Bu panellər "LG" şirkətinin şəffaf "OLED" televizorlarında istifadə olunur və digər istehsalçılara, o cümlədən "Panasonic" korporasiyasına tədarük edilir. Şəffaf "OLED" ekranların tətbiq üçün mümkün sahələr kimi mağaza vitrinləri, bina fasadları və sərgi stendlərinin tərtibatı qeyd edilir. Bundan başqa, belə ekranlar aerokosmik sənaye üçün faydalı ola bilər.

 

Nizam Nuriyev

 





Baxış sayı: 1106

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024