12px13px15px17px
Tarix:14/01/20

Ötən il ən çox saxtalaşdırılan smartfonlar açıqlanıb

Çinin “Master Lu” saytında 2019-cu ildə saxta qurğu istehsalçıları arasında ən çox tələb olunan smartfoların reytinqi dərc edilib. Siyahıya həm brendlər, həm də müxtəlif istehsalçılara məxsus qurğular daxildir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA www.4pda.ru” resursuna istinadən yazır ki, məlumata görə, ötən il həm aktual olan, həm də əvvəlki illərdə buraxılan modellər saxtalaşdırılıb. Statistikada smartfonların məhsuldarlığının yoxlanılması üçün proqramın işə salındığı modellər yer alıb. Antireytinqdə populyarlığına görə ilk yerləri “Samsung” və “Apple” tutub. Bu brendlərin saxta qurğularının payı müvafiq olaraq 28,7 və 15,88 faiz təşkil edib.
 
Saytın versiyasına görə ən çox saxtalaşdırılan model Çində böyük populyarlıq qazanan “Samsung W2018” smartfonu olub. “Master Lu” saytında bu brendli saxta qurğular 4688 dəfə qeydə alınıb. İkinci yerdə “Apple iPhone 8”, üçüncüdə “iPhone XS Max” (müvafiq olaraq 4445 və 2499 dəfə) qərarlaşıb.
 
Antireytinq onluğuna, həmçinin “iPhone X”, “Samsung W2019”, “Galaxy S8+”, “Xiaomi Mi Max”, “Mi 9”, “OPPO R11 Plus” eləcə də “OnePlus 7 Pro” modelləri daxildir. İl ərzində “Master Lu” əlavəsi vasitəsilə ümumilikdə 6 639 704 smartfon test edilib. Onun nəticəsində 57 790 qurğunun saxta olması aşkarlanıb.
 
Nizam Nuriyev




Baxış sayı: 87

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Yanvar 2020

18 01 2020

18/01/20
Dünyada yüklənilən mobil əlavələrin sayı rekorda çatıb

2019-cu ildə dünyada istifadəçilər 204 milyard mobil əlavə yükləməklə rekorda imza atıblar. Bu, 2018 və 2

18/01/20
Dünya İT bazarının həcmi 4 trilyon dollara yaxınlaşır

“Gartner” analitik şirkəti 2020-ci ildə informasiya texnologiyaları (İT) üçün qlobal xərclərin 3,9 trilyo

18/01/20
“Xiaomi” şirkəti qeyri-adi dizaynlı mexaniki “Bluetooth” klaviatura təqdim edib

“Xiaomi” şirkəti “Luofei” adlı orijinal mexaniki klaviatura nümayiş etdirib. O, analoqlarından qeyri-adi