12px13px15px17px
Tarix:14/01/20

“WhatsApp” istifadəçiləri “Adidas” vasitəsilə aldadılıb

Kibercinayətkarlar “WhatsApp” messencerinin istifadəçilərinə hücumlar üçün “Adidas” brendindən istifadə etməyə başlayıblar. Belə ki, fırıldaqçılar şirkətin hədiyyələri haqqında məlumatlar vasitəsilə login və parolları oğurlayırlar. Bu barədə “ESET” beynəlxalq antivirus şirkətinin məlumatında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, mütəxəssislərin məlumatına görə, fırıldaqçılar qurbanları “Adidas” şirkətinin yubileyi münasibətilə hədiyyələr vermək vədləri ilə bağlı məlumatlarla aldadırlar. Pulsuz mayka və ayaqqabıların alınması üçün istifadəçilərə qeyd olunan sayta keçmək təklif olunur.
 
Saxta mənbəyə keçid “Adidas” şirkətinin rəsmi saytına deyil, istifadəçilərə sorğuda iştirakın təklif olunduğu məlumatların oğurlanması üçün istifadə edilən saxta səhifəyə aparıb. Hədiyyələrin əldə edilməsi üçün müsabiqə haqqında məlumatın 20 kontakta göndərilməsi təklif edilib. Beləliklə, yeni istifadəçilərin fişinq kampaniyasına cəlb edilməsi təmin olunub.
Elanda “Adidas” şirkətinin köhnə loqotipindən istifadə edilib. Fırıldaqçılar tərəfindən istifadə edilən domen bir neçə ay əvvəl qeydiyyata alınıb.
 
Nizam Nuriyev




Baxış sayı: 159

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Yanvar 2020

18 01 2020

18/01/20
Dünyada yüklənilən mobil əlavələrin sayı rekorda çatıb

2019-cu ildə dünyada istifadəçilər 204 milyard mobil əlavə yükləməklə rekorda imza atıblar. Bu, 2018 və 2

18/01/20
Dünya İT bazarının həcmi 4 trilyon dollara yaxınlaşır

“Gartner” analitik şirkəti 2020-ci ildə informasiya texnologiyaları (İT) üçün qlobal xərclərin 3,9 trilyo

18/01/20
“Xiaomi” şirkəti qeyri-adi dizaynlı mexaniki “Bluetooth” klaviatura təqdim edib

“Xiaomi” şirkəti “Luofei” adlı orijinal mexaniki klaviatura nümayiş etdirib. O, analoqlarından qeyri-adi