12px13px15px17px
Tarix:14/01/20

Yeni alqoritm bir neçə saniyə ərzində insan sifətini istənilən şəklə yerləşdirir

“Doublicat” mobil proqramında işləyən yeni alqoritm bir neçə saniyə ərzində istənilən şəklə insan sifətini yerləşdirə bilər. Sözügedən alətin yaradıcıları bildiriblər ki, onlar istifadəçilərin fərdi məlumatlarını toplamırlar.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, “iOS” və “Android” mobil əməliyyat sistemləri üçün əlçatan olan “Doublicat” mobil proqramının istifadəsi çox asandır: şəkil çəkmək, bundan sonra əsl sifəti öz üzünüzə dəyişmək istədiyiniz yerdə GIF seçmək lazımdır. Tərtibatçılar “RefaceAI” – “Generative Adversarial Network” (GAN) istifadə ediblər.
 
Mobil tətbiq insanların şəkillərini emal etdikdən sonra dərhal onları silir. “TheNextWeb” nəşrinin müəllifi qeyd edir ki, 2020-ci ildə oxşar funksionallığa malik bir neçə alət də təqdim edilə bilər. İlkin açıqlamalara görə, “TikTok” və “Snapchat” sosial şəbəkələri də bu texnologiyanı öz platformalarında tətbiq etməyi planlaşdırırlar.
 
Emil Hüseynov




Baxış sayı: 153

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Yanvar 2020

18 01 2020

18/01/20
Dünyada yüklənilən mobil əlavələrin sayı rekorda çatıb

2019-cu ildə dünyada istifadəçilər 204 milyard mobil əlavə yükləməklə rekorda imza atıblar. Bu, 2018 və 2

18/01/20
Dünya İT bazarının həcmi 4 trilyon dollara yaxınlaşır

“Gartner” analitik şirkəti 2020-ci ildə informasiya texnologiyaları (İT) üçün qlobal xərclərin 3,9 trilyo

18/01/20
“Xiaomi” şirkəti qeyri-adi dizaynlı mexaniki “Bluetooth” klaviatura təqdim edib

“Xiaomi” şirkəti “Luofei” adlı orijinal mexaniki klaviatura nümayiş etdirib. O, analoqlarından qeyri-adi