12px13px15px17px
Tarix:14/01/20

“Windows 7” əməliyyat sistemi təhlükəli elan edilib

Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi (NCSC) ölkə vətəndaşlarını “Windows”un yeni versiyasına keçmək zərurəti haqqında xəbərdarlıq edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, mərkəz öz məlumatında “Windows 7” sistemini təhlükəli kimi qəbul edir və onun istifadəsindən mümkün qədər tez imtina etməyi məsləhət görür. Mütəxəssislər bildiriblər ki, “Microsoft” yanvarın 14-dən populyar əməliyyat sisteminin dəstəyini dayandıracaq ki, bu da istifadəçilərə qarşı hücumların artmasına səbəb ola bilər. NCSC “Windows 7” surətinin sahiblərinə internet-bankinq və poçt müştəriləri xidmətlərindən istifadə etməyi tövsiyə etmir.

 

Mərkəz yeniləmə mümkün olmadığı halda “Windows 7” sisteminin idarəetməsi altında işləyən kompüterlərdən məxfi məlumatları başqa qurğulara daşımağı tövsiyə edir. Agentlik qeyd edib ki, hakerlər 2014-cü ildən etibarən (“Microsoft” korporasiyası “Windows XP” köhnə əməliyyat sisteminin dəstəyini dayandıran kimi) bu əməliyyat sisteminə hücum variantlarını araşdırırlar.

 

“Microsoft”un nümayəndəsi dekabrda bildirmişdi ki, köhnə əməliyyat sisteminin yalnız korporativ istifadəçilərini dəstəkləməyə davam edəcək.

 

Emil Hüseynov





Baxış sayı: 675

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024