12px13px15px17px
Tarix:17/01/20

Smartfonlar üçün möhkəm almaz şüşə yaradılıb

ABŞ-ın “Akhan Semiconductor” şirkəti möhkəm almaz şüşə icad edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, nanoalmaz materiallardan hazırlanan “Miraj Diamond Glass” adlı şüşə ilk növbədə açılıb-yığılan qurğuların ekranları üçün nəzərdə tutulub. İstehsalçı nümayəndələrinin sözlərinə görə, “Corning” şirkətinin analoqu ilə müqayisədə yeni şüşə “Gorilla Glass” şüşəsindən altı dəfə möhkəmdir. Materialın qalınlığı 100 nanometr təşkil edir.

 

“Miraj Diamond Glass” şüşəsinin əsas xarakteristikaları kimi maye və yağların uzaqlaşdırılması xüsusiyyətləri qeyd olunur. Bu, şüşənin əlavə oleum örtüklə emalını aradan qaldırır. “Akhan Semiconductor” şirkətinin təmsilçiləri qeyd edib ki, yeni material ixtiranı bəyənən bir sıra smartfon istehsalçılarına təqdim edilib.

 

“Akhan Semiconductor” şirkətinin əsas rəqibi “Corning” istehsalçısı da 0,1 millimetr qalınlığa və 5 millimetrədək əyilmə amplitudasına malik elastik material üzərində çalışır. Mobil bazarda “Corning” şirkətinin ən böyük tərəfdaşlarından biri kimi “Apple” korporasiyası çıxış edir.

 

Nizam Nuriyev





Baxış sayı: 517

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024