12px13px15px17px
Tarix:23/01/20

İlk “General Motors” sürücüsüz elektromobili nümayiş olunub

"General Motors" şirkətinin "Cruise" bölməsi "Origin" adlı ilk sürücüsüz elektromobil təqdim edib.

"ICTnews" Elektron Xəbər Xidməti "Hightech" resursuna istinadən yazır ki, altı nəfərlik sərnişin tutumuna malik elektromobil sürücüsüz idarə olunur. "Origin" sərnişinlərin hərəkət zamanı darıxmaması üçün "USB" port və rəqəmli ekranlarla təchiz edilib.

"Cruise" şirkətinin baş direktoru Den Əmmanın sözlərinə görə, "Origin" konsepsiya yox, şirkətin gələcəkdə buraxmağa hazırlaşdığı seriyalı modeldir. Bununla yanaşı, hazırda "Origin" ABŞ-ın ümumi istifadəli yollarında istifadə üçün standartlara cavab vermir. Bu səbəbdən yaxın vaxtlarda elektromobil yalnız qapalı yerlərdə sınaqdan keçiriləcək.

Mütəxəssislərin sözlərinə görə, gələcəkdə "Origin" elektromobilindən sürücüsüz taksi kimi də istifadə mümkün olacaq. Hazırda elektromobilin qiyməti açıqlanmasa da, baş direktor qeyd edib ki, qiymət çox ucuz olacaq.

2013-cü ildə ABŞ-da yaradılan "Cruise" şirkəti 2016-cı ildə "General Motors" tərəfindən 1 milyard dollara satın alınıb. Bundan başqa, hazırda "SoftBank" investisiya fondu və "Honda" şirkətdə paya malikdir.

Nizam Nuriyev





Baxış sayı: 211

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






05 Aprel 2020

04 04 2020

04/04/20
Hətta ictimai yerlərdə “Wi-Fi” siqnalının sürətini 2 dəfə artıracaq “ağıllı” cihaz təqdim olunub

Amerikalı alimlər “Wi-Fi” siqnalının sürətini bir neçə dəfə gücləndirə bilən 

04/04/20
2020-ci ildə mobil telefonların qlobal satış həcmi 13% azalacaq

2020-ci ildə mobil telefonların qlobal satış həcmi 13% azalacaq

04/04/20
“Moto G8 Power Lite” smartfonu təqdim edilib

“Motorola” brendi öz smartfon çeşidinə “Moto G8 Power Lite” modelini əlavə edib.