12px13px15px17px
Tarix:25/01/20

“Swiss Post” məktub və tibbi analizlərin dronlarla çatdırılması xidmətini bərpa edib

İsveçrə poçtu məktub və tibbi analizlərin dronlarla çatdırılması xidmətini bərpa edib. "Swiss Post" 2019-cu ilin iyulunda insanların həyatı üçün təhlükə yaratmış "Matternet M2 V9" pilotsuz təyyarəsinin qəzaya uğraması ilə əlaqədar bu xidmətin fəaliyyətini dayandırmışdı.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, məktub və tibbi analizlərin dronlarla çatdırılması xidməti 2020-ci il yanvarın 27-dən öz işinə başlayacaq. "Swiss Post" və "Matternet" bütün mövcud olan dronları sınaqdan keçirərək onların texniki vəziyyətlərinin yaxşı olduğu və insanlar üçün təhlükə yaratmadığı qənaətinə gəliblər.
 
Bundan başqa, 2020-ci ilin mart ayının sonunadək İsveçrədə "Matternet" pilotsuz təyyarələrinin uçuş təhlükəsizliyinə nəzarət edəcək əlavə nəzarət orqanı yaradılacaq.
 
"Swiss Post" bağlamaları 2017-ci ildən "Matternet M2 V9" dronları ilə daşıyır. 10 kq ağırlığında olan "Matternet M2 V9" dronları çəkisi 2 kq-dək olan bağlamaları 10 km-dək məsafəyə daşıya bilir. Bu halda qurğu qəza vəziyyəti yarandıqda paraşüt sistemi ilə təchiz edilib.
 
Emil Hüseynov




Baxış sayı: 1276

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024