12px13px15px17px
Tarix:28/11/11

"Eurovision-2012" müsabiqəsinin internet resursunun təhlükəsizliyi tam təmin ediləcək

Azərbaycanın ilkin provayderi olan "Delta Telecom" şirkəti www.eurovision.az internet resursunun təhlükəsizliyini təmin edəcək. Bu barədə şənbə günü şirkətin texniki direktoru Rahid Ələkbərli məlumat verib.

 

Onun sözlərinə görə, hazırda saytın dünyanın qlobal DATA-mərkəzləri, eləcə də "Delta Telecom" şirkətinin DATA-mərkəzində yerləşdirilməsi üzrə işlər görülür. "Müsabiqənin keçirilməsinə hazırlıq dövüründə texnoloji infrastrukturun hazırlanması və keyfiyyətli xidmətlərin göstərilməsi dövlət başçısı tərəfindən bizim qarşımızda qoyulan tələblərin əsas tərkib hissəsidir.

 

İnternet resurs mahnı müsabiqəsinin əsas virtual təsviri olacaq və bizim vəzifəmiz dünyanın bütün DATA-mərkəzlərindən ona keyfiyyətli və rahat çıxışı təmin etməkdən ibarətdir", - Ələkbərli deyib.





Baxış sayı: 1514

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024