12px13px15px17px
Tarix:28/11/11

“Samsung” planşetinin satışlarına qoyulmuş qadağanı aradan qaldırmağa çalışır

Koreyanın “Samsung Electronics” şirkətinin hüquqşünasları Avstraliyada “Samsung Galaxy Tab 10.1” planşetinin satışlarına qoyulmuş qadağa haqqında qərar ilə bağlı apelyasiya prosesinə başlayıblar. Şirkətin bəyanatında qeyd edilib ki, əvvəlki qərar səhvdir.

 

Oktyabr ayının ortalarında hakim Annabel Bennettin çıxartdığı qərara əsasən, “Samsung”un bu məhsulu Avstraliyada satıla bilməz, belə ki o, hüquqları “Apple” şirkətinə məxsus bir sıra texnologiyalardan istifadə edir. “Apple” şirkəti iddia edir ki, Koreya şirkəti “Galaxy Tab 10.1”-də indiyə kimi yalnız “iPad” planşetində tətbiq edilmiş bəzi texnologiyalardan istifadə edib.

 

Qeyd edək ki, Avstraliyada çıxarılmış qərar bir neçə həftə əvvəl Almaniya məhkəməsində çıxarılmış qərarı təkrarlayır. Bundan əlavə, “Apple” və “Samsung” şirkətləri təhqiqata yeni Asiya bazarları, xüsusilə Yaponiya və Cənubi Koreyada başlamaq niyyətindədirlər.





Baxış sayı: 1090

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024