12px13px15px17px
Tarix:27/01/20

Mütəxəssislər silinməyən “Android” virusu barədə xəbərdarlıq ediblər

“Dr.Web” antivirus şirkətinin mütəxəssisləri istifadəçilərin fərdi məlumatlarını toplayan və silinməyən “Android” virusu haqqında məlumat veriblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, mütəxəssislər ötən ilin sonunda bəzi qurğularda troyan virusu aşkar etmişdilər. Zərərli proqram ödənişli proqramlardan qazanc toplayır və ya bəzi hallarda smartfona çoxlu sayda mobil tətbiq quraşdırırdı.

 

Bir qayda olaraq, bu troyan proqram təminatının bir hissəsini silir və nəticədə istifadəçilər yoluxdurulmuş proqramlardan xilas ola bilmir.

 

Hələ 2015-ci ildən mütəxəssislərə məlum olan “Android.Xiny.5261” virusu daha da təkmilləşdirilib. Troyan proqramı “Android” sisteminin 5.1 və aşağı versiyalarına zərər vurur. “Dr.Web” şirkətindən bildirilib ki, hər dördüncü “Android” istifadəçisi köhnə versiyalardan istifadə edir.

 

Emil Hüseynov





Baxış sayı: 484

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024