12px13px15px17px
Tarix:27/01/20

Yeni özü parçalanan qurğu endoskopiyanı xeyli asanlaşdırır

Bir sıra analizlər xəstə tərəfindən xüsusi qurğunun udulmasını tələb edir. Sonra həmin qurğu ağız boşluğundan xaric edilir. Belə yanaşma ağrılı xoşagəlməz hisslər yaradır, həmçinin xəstənin orqanlarından birinin zədələnməsi təhlükəsi var. Yeni həll özü parçalanan qurğu şəklində hazırlanıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri endoskopiya zamanı xəstənin polimer hidrogellə örtülmüş kürəcik udmasını təklif edirlər. Prosedur başa çatdıqdan sonra orqanizmin daxilindəki kürəcik işığın təsiri nəticəsində parçalanır.

 

Tədqiqatçıların sözlərinə görə, materialın möhkəm və davamlı olması onun öz-özünə parçalanmasına imkan vermir. Bundan başqa, o, insan orqanizmini zədələmir və orqanizmdən xaric edilmə prosesi tamamilə təhlükəsizdir. Sözügedən qurğuya komandalar işığın köməyi ilə göndərildiyinə görə təsadüfi əməliyyatlar tamamilə istisnadır.

 

Alimlərin fikrincə, yeni yanaşma daha böyük üstünlüyə malikdir, çünki işıq özü parçalanan materialla birbaşa əlaqəyə girmədən ona məsafədən təsir edə bilir.

 

Emil Hüseynov





Baxış sayı: 508

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024