12px13px15px17px
Tarix:29/01/20

“Avast” şirkəti öz istifadəçilərinin məlumatlarının satışında ittiham edilir

“Avast” şirkəti öz müştərilərinin məlumatlarını “Google”, “Home Depot”, “Microsoft” və “Pepsi” kimi şirkətlərə satır. Bu haqda jurnalistlərin araşdırmasına istinadən “Engadget” portalı yazıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, ABŞ-ın iki populyar nəşrinin (“Motherboard” və “PC Magazine”) müxbirləri tərəfindən araşdırma aparılıb. Onların sözlərinə görə, “Avast” antivirus təminatından istifadə edənlərin məlumatlarını əldə edən eyniadlı şirkət onları “Jumpshot” şirkətinə ötürürmüş, sonuncu ilə həmin məlumatların satışı ilə məşğul olurmuş.

 

Jurnalistlərin məlumatına görə, satılan informasiya istifadəçinin daxil olduğu saytların siyahısını, axtarış sorğularını və internet üzərindən edilmiş alış-veriş tarixçəsini əhatə edir. Həmin məlumatları satın alanlar “YouTube” izləmələri, klik tarixçəsi və istifadəçinin olduğu yer haqqında ətraflı məlumat əldə ediblər.

 

Emil Hüseynov





Baxış sayı: 563

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024