12px13px15px17px
Tarix:30/01/20

2025-ci ilədək süni intellekt funksiyalı qurğular üçün çiplərin satış həcmi 3 dəfə artacaq

“IHS Markit” analitikləri yaxın 5 ildə süni intellektdən istifadə edən sistemlər üçün qlobal yaddaş və prosessor çipləri bazarının 3 dəfə artacağını proqnozlaşdırır. Qiymətləndirmələrə görə, 2019-cu ildə bu cür yarımkeçirici məhsulların satışından 42,8 milyard dollar məbləğində gəlir əldə edilib. Mütəxəssislərin proqnozuna görə, 2025-ci ildə bu göstərici 128,9 milyard dollaradək artacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, analitiklər bildirirlər ki, süni intellekt funksiyalarının işləməsi üçün lazım olan mikrosxemlər müxtəlif sahələrdə (avtomobil, rabitə xidmətləri, kompüter və istehlak elektronikası, sənaye sektoru və səhiyyə) geniş istifadə olunur.

 

Mütəxəssislər kompüter seqmentini süni intellekt sistemləri üçün ən böyük çip bazarı adlandırırlar. 2019-cu ildə kompüter seqmentində satış həcmi 27,5 milyard dollar olub. 2025-ci ildə bu göstərici 65,9 milyardadək artacaq. Eyni zamanda başqa sektorlarda (rabitə xidmətləri, məişət elektronikası, sənaye və səhiyyə) daha yüksək göstərici gözlənilir.

 

Emil Hüseynov





Baxış sayı: 574

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024