12px13px15px17px
Tarix:03/02/20

Koronavirusdan kompüterlərin yoluxdurulması üçün istifadə edilir

"IBM X-Force" şirkətinin təhlükəsizlik üzrə ekspertləri hakerlərin koronavirus infeksiyaları əleyhinə profilaktik tədbirlər haqqında ətraflı məlumatlar təqdim edən qoşma fayllar vasitəsilə viruslar yaymağa başlamasını açıqlayıblar. Onların ilk qurbanı Yaponiyanın Qifu, Osaka və Tottori şəhərlərinin istifadəçiləri olub. Lakin hakerlərin fəaliyyətinin genişlənəcəyi gözlənilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, bəzən troyan və digər virusların olduğu qoşma fayllar "Microsoft Word" sənədləri, "PDF" faylları və "MP4" videoları adı altında gizlənir. Onların adlarında ölümcül virusdan qorunma barədə təlimatların olması göstərilir. Ekspertlərin sözlərinə görə, aşkarlanan hücumların əksər hissəsi "Emotet" zərərli proqram ailəsinə aiddir. Kompüterə çıxış əldə edən cinayətkarlar hesab məlumatları, brauzer tarixçəsi və məxfi sənədləri toplaya, eləcə də qurğuların normal işini poza bilərlər. Məlumata görə, bu üsulla minlərlə kompüter yoluxdurulub.

 

"Hazırda əsas xəbər kimi geniş müzakirə olunan koronavirus artıq kibercinayətkarlar tərəfindən "tələ" kimi istifadə edilib. İndiyədək yalnız 10 unikal fayl aşkarlanıb, lakin belə hallarda hakerlər tərəfindən populyar KİV xəbərlərinin adından istifadə edildiyi üçün bu tendensiyanın inkişafı gözlənilir", – "Kaspersky laboratoriyası" antivirus şirkətinin analitiki Anton İvanov qeyd edib.

 

Nizam Nuriyev





Baxış sayı: 530

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024