12px13px15px17px
Tarix:03/02/20

Avropa Parlamenti smartfonları enerji ilə doldurmaq üçün universal konnektorun tətbiqinə səs verir

Avropa İttifaqı markasından, ölçüsündən və modelindən asılı olmayaraq bütün mobil telefonlar üçün enerji doldurma qurğularının eyni konnektora malik olmasını təkid edir. Bu haqda “Euronews” məlumat yayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, yanvarın 30-da Avropa Parlamenti böyük səs çoxluğu ilə Avropa Komissiyasını qurğuların enerji ilə doldurulması üçün istehsalçılardan vahid konnektorun tətbiqinə çağıran qətnamənin lehinə səs verib. Avropa Parlamentinin saytındakı məlumata əsasən, 582 deputat qətnamənin lehinə, 40 deputat əleyhinə səs verib, 37 deputat isə bitərəf qalıb.

 

Qətnaməyə əsasən, Avropa Komissiyası 2020-ci ilin iyulunadək yeni reqlament hazırlamalıdır. Deputatların gözləntisinə görə, qəbul edilmiş qərar yalnız avropalı istifadəçilərin həyatını asanlaşdırmayacaq, eyni zamanda müvafiq tullantıların həcmini azaltmağa kömək edəcək. Ekspertlərin qiymətləndirməsinə görə, hər il dünyada təxminən 50 milyon ton elektron tullantı yaranır. Bu, orta hesabla adambaşına 6 kq-dan çoxdur. 2016-cı ildə Avropa İttifaqına üzv dövlətlərin hər bir vətəndaşına 16,6 kq atılmış elektron texnika düşüb.

 

Hazırda dünyada enerji doldurma qurğuları üçün üç standart geniş yayılıb: “micro USB”, onun təkmilləşdirilmiş versiyası olan “USB-C”, həmçinin “Apple”ın bütün yeni qurğularında istifadə edilən “Lightning” konnektoru.

 

Emil Hüseynov





Baxış sayı: 508

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024