12px13px15px17px
Tarix:06/02/20

“Huawei” Avropada “5G” şəbəkələri üçün avadanlıq istehsalını yerləşdirəcək

Çinin "Huawei" telekommunikasiya korporasiyası Avropa Birliyində beşinci nəsil (5G) mobil rabitə sistemlərinin işini təmin edən avadanlıqların yaradılması üçün Avropada bir neçə istehsal mərkəzi açmağı planlaşdırır. Bu haqda "Huawei"nin Avropa üzrə vitse-prezidenti Abraham Lyunun bəyanatına istinadən "France-Presse" agentliyi yazıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "tass.ru" saytına istinadən yazır ki, "Huawei şirkəti Avropa ilə əməkdaşlıq etməkdə maraqlıdır, buna görə biz Avropada istehsal mərkəzləri açmaq istəyirik. Beləliklə, Avropa üçün 5G avadanlıqları Avropada istehsal ediləcək" – o deyib.

 

Yanvarın 29-da Avropa Komissiyası Avropa Birliyi ölkələrində "5G" sistemlərinin yaradılması üçün yol xəritəsini dərc edib. Sənəddə yazılıb ki, Avropa Birliyi milli təhlükəsizlik prinsiplərinə görə xarici şirkətlərin bu sistemin yaradılmasında iştirakını məhdudlaşdıracaq.

 

Emil Hüseynov





Baxış sayı: 443

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024