12px13px15px17px
Tarix:10/02/20

“Google”: istifadəçilərin fərdi məlumatlarına yalnız kompüter müdaxilə edir

Dünyada hər gün 100 milyonlarla insan “Google”un xidmətlərindən istifadə edir. Onlar şirkətə öz şəkillərini, poçt yazışmalarını, sənədlərini, videolarını, axtarış sorğularının tarixçəsini, məkanlarını etibar edirlər. Bununla əlaqədar olaraq bir çox istifadəçilər öz məxfilikləri ilə bağlı narahatlıq keçirir. “Google” öz müştərilərini sakitləşdirmək üçün məlumatların işlənməsi prosesi haqqında məlumat verib.

 

“ICTnews” Elektron Xəbər “4pda.ru” saytına istinadən yazır ki, “Google” şirkətinin Surixdə keçirilən süni intellektlə əlaqədar tədbirində “GlobalData” şirkəti axtarış nəhənginin fərdi məlumatların təhlükəsizliyini təmin etmək üçün süni intellekt texnologiyalarından necə istifadə etdiyini öyrənib. “Google”un maşın təlimi sahəsində tədqiqatlar bölməsinin direktoru Olivye Busket deyib ki, şirkətdə heç kim yüklənən informasiyaya giriş imkanına malik deyil. Hər bir şeyi süni intellekt idarə edir.

 

Onun sözlərinə görə, serverə ötürülmüş istifadəçi informasiyası diqqətlə şifrlənir və sistemləşdirilir. Yalnız kompüter istifadəçilərin məlumatlarına giriş imkanına malikdir. “Google”un iddiasına görə, “bulud” sistemində saxlanılan məlumatlara yalnız istifadəçilər giriş imkanına malikdirlər.

 

Emil Hüseynov





Baxış sayı: 459

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024