12px13px15px17px
Tarix:10/02/20

Koronavirusa yoluxma riskini yoxlayan mobil proqram yaradılıb

Çində insanlara koronavirusa yoluxma riskini yoxlamağa imkan verən mobil əlavə yaradılıb. Bu barədə “Xinhuanet” xəbər agentliyinin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, proqram virusa yoluxmaqdan ehtiyat edən bütün insanlara ona yoluxanlarla sıx təmasda olmaq barədə məlumatlar əldə etməyə imkan verir. Əlavə vasitəsilə insanın son iki həftə ərzində olduğu evdə, qatarda, təyyarədə və ya avtobusda yoluxma hallarının qeydə alınmasını yoxlamaq mümkündür. Yoluxmuş insanla sıx təmasda olduğunu aşkarlayan şəxslərə evdə qalmaq və tibb müəssisələrinə müraciət etmək tövsiyə olunur.

 

Çin Səhiyyə İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, yaxın təmas lazımi qoruyucu vasitələr olmadan yoluxmuş insana yaxın məsafədə olmaq hesab edilir. Məsələn, təyyarədə xəstə ilə sıx təmasda olanlara koronavirusa yoluxan şəxslə eyni sırada, eləcə də onun qarşısında və arxasında üç sırada oturanlar aid edilir. Risk zonasına, həmçinin, salonun xəstənin olduğu hissəsində işləyən stüardessalar daxildir. Qatarda sıx təmas yoluxmuş şəxslə eyni kupedə olmaq hesab olunur.

 

Səhiyyə İşləri üzrə Dövlət Komitəsi ilə birlikdə hazırlanan mobil proqram Nəqliyyat Nazirliyi, Mülki Aviasiya İdarəsi və “China Railway” dəmir yolu korporasiyası tərəfindən dəstəklənir.

 

Nizam Nuriyev





Baxış sayı: 822

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024