12px13px15px17px
Tarix:28/11/11

Mark Sukerberq: "Elektron poçtun vaxtına az qalıb"

"Facebook "sosial şəbəkəsinin banisi Mark Sukerberq hesab edir ki, elektron poçtun məşhurluğunun pik dövrü artıq ötüb. "ComScore" şirkətinin statistikasına əsasən, 12-17 yaşlı veb-istifadəçilər tərəfindən göndərilmiş elektron məktubların sayı keçən il ərzində dörddə bir qədər azalıb.

 

Həmçinin, elektron poçt xidməti göstərən resursların davamiyyəti 6,6% azalıb. Yeniyetmələr informasiya mübadiləsi üçün daha tez-tez alternativ vasitələrdən istifadə edirlər.

 

Alternativ vasitələr mobil telefonlardan göndərilmiş ani mesajlar və sosial şəbəkə saytları vasitəsilə yazışmadır. Mark Sukerberq hələ keçən ilin noyabr ayında öz saytında ani mesaj mübadiləsi xidmətinin təqdimatında elektron poçtun gələcəkdə olmayacağını bildirib.





Baxış sayı: 1208

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024