12px13px15px17px
Tarix:28/11/11

"Sharp" "Apple" üçün ekran istehsal edəcək

“Wall Street Journal” qəzeti xəbərinə əsasən, “Apple” şirkəti öz qurğuları üçün maye kristal ekranlarının əsas təchizatçılarından biri kimi Yaponiyanın “Sharp” korporasiyasını seçib. “Sharp” korporasiyasının ekranları üçüncü nəsil “iPad” planşet kompyuterləri üçün istehsal edəcəyi gözlənilir.

 

Məlumatlara əsasən, yeni "Aypad" ekranının kəskinliyi 2048×1536 piksel təşkil edəcək; parlaqlıq 550 kd/m2. Müqayisə üçün: “iPad 2” planşetində ekranın kəskinliyi 1024×768 nöqtədir. “iPad 3” planşetinin ilk nümunələri “Apple” şirkətinə dekabr ayında təqdim ediləcək, planşetlərin kütləvi istehsalı isə 2012-ci ilin birinci rübündə başlanacaq.





Baxış sayı: 699

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024