12px13px15px17px
Tarix:12/02/20

Yeni “Samsung” smartfonları nümayiş olunub

“Samsung” şirkəti qabaqcıl “Galaxy S20” smartfonlar seriyasını təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, məlumata görə, Cənubi Koreya şirkətinin aktual qurğular seriyası “Galaxy S20”, “S20+” və “S20 Ultra” modellərindən ibarətdir. Bütün qurğular satış regionundan asılı olaraq “Snapdragon 865” və “Exynos 990” prosessorları ilə təchiz ediləcək. Həmçinin bütün smartfonlar seriyası “Dynamic AMOLED” ekranına malikdir, “5G” şəbəkəsini dəstəkləyir və “One UI 2” interfeysli “Android 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.
 
Ön kamera qurğuların ekranlarının yuxarı hissəsinin mərkəzində quraşdırılıb. “Galaxy S20” və “S20+” 10 meqapikselli, “S20 Ultra” isə 40 meqapikselli ön kamera ilə təchiz olunub.
 
Əsas qabaqcıl “S20” modeli 120 QHs takt tezlikli və “HDR+” dəstəkli 6,2 düymlük ekranla təchiz edilib. Smartfon 8 giqabaytlıq operativ və 128 giqabaytlıq quraşdırılmış yaddaşa, eləcə də 4 min milliamper/saat tutumlu akkumulyatora malikdir. Qurğunun arxa panelində 30 qatlı hibrid zummeri dəstəkləyən 64, 12 və 12 meqapikselli üç sensorlu kamera yerləşir.
 
“Galaxy S20+” qurğusu əsas qabaqcıl modeldən 6,7 düymlük ekran, 4500 milliamper/saat tutumlu akkumulyator və 12 giqabaytlıq versiyanın mövcudluğu ilə fərqlənir. Bundan başqa, qurğunun əsas kamerası əlavə üçölçülü “ToF” sensoruna malikdir.
 
“Galaxy S20 Ultra” modeli 6,9 düymlük displey, 5 min milliamper/saat tutumlu akkumulyator və 16 giqabaytlıq operativ və 512 giqabaytlıq quraşdırılmış yaddaş dəstəyi ilə işıq üzü görüb. Qurğunun əsas kamerası düzbucaqlı bloka quraşdırılmış dörd sensordan ibarətdir ki, onların da əsasının təsvir ölçüsü 108 meqapiksel təşkil edir. Əlavə obyektivlər 48 və 12 meqapiksellidir. Kamera üçölçülü “ToF” sensoru ilə təchiz olunub. Smartfonun bu versiyası 100 qatlı zummerə malikdir.
 
Qabaqcıl smartfonlar seriyasının satışına martın 13-dən etibarən başlamaq nəzərdə tutulur. “Galaxy S20” modelinin ilkin qiyməti 1 107 dollar, minimal qablaşdırmaya malik “Galaxy S20+” smartfonunun 1 265 dollar təşkil edəcək. “Galaxy S20 Ultra” modeli isə 1 581 dollar dəyərində qiymətləndirilib.
 
Nizam Nuriyev




Baxış sayı: 149

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






02 Aprel 2020

01 04 2020

01/04/20
Çox sayda yerli və beynəlxalq təşkilat koronavirus pandemiyası ilə mübarizəyə yönələn “virtual hackathon”a qatılır

Koronavirus pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün 9-12 aprel 

01/04/20
Elektronikanın “Wi-Fi” vasitəsilə şarjı üçün ideya təklif edilib

“Wi-Fi” siqnalı göndərən istənilən qurğu, həmçinin teraherslik dalğalar yayır. Amerikalı mühəndislər

01/04/20
“Office 365” məhsulunun adı dəyişdirilib

“Microsoft” şirkəti “Office 365” məhsulunun adının dəyişdirilməsini elan edib. 2020-ci il aprelin 21-dən

01/04/20
Günəş fırtınalarının öyrənilməsi üçün yeni missiya buraxılacaq

ABŞ Kosmik Agentliyi (NASA) Günəşdə fırtınaların əmələ gəlməsini tədqiq etməyə imkan verən “Sun Radio Int

01/04/20
Yeni “Sony” televizorları nümayiş olunub

“Sony” şirkəti Çində keçirilən ilk onlayn tədbir çərçivəsində premium sinifli yeni “ağıllı”

01/04/20
Ucuz “iPhone” smartfonunun çıxarılma tarixi məlum olub

“Apple”ın məhsulları üzrə bloqer Con Posser “iPhone SE2” smartfonunun çıxarılma tarixini açıqlayıb. O

01/04/20
Məşhur şirkətlər “MANRS” təşəbbüsünə qoşulub

“Mutually Agreed Norms for Routing Security” (MANRS – “Qarşılıqlı razılaşdırılmış marşrutlaşdırma təhlükə

01/04/20
“Samsung” maye-kristal ekranlar bazarını tərk edəcək

“Samsung Electronics” şirkəti maye-kristal ekranların (LCD) istehsalını tam dayandırmaq qərarına gəlib. C

01/04/20
“Samsung”un prosessoru və qabaqcıl kamera ilə təchiz edilmiş smartfon təqdim edilib

“Vivo” şirkəti tərəfindən keçirilmiş onlayn təqdimat zamanı “Vivo S6 5G” adlı smartfon təqdim edilib.

01/04/20
“Microsoft” bütün brauzerləri qıcıqlandıran problemi həll edəcək

“Microsoft” korporasiyası “Chrome”, “Opera” və “Firefox”a alternativ kimi təqdim edilən “E