12px13px15px17px
Tarix:29/11/11

“Rabitə” Almaniya komandası ilə qarşılaşacaq

Qadın voleybol komandaları arasında Çempionlar liqası yarışlarında ölkəmizi “Azərreyl” və “Rabitə” klubları təmsil edəcəklər. Azərbaycan Voleybol Federasiyasından bildirmişlər ki, D qrupunda mübarizə aparacaq “Azərreyl” ilk görüşünü səfərdə noyabrın 29-da Rumıniyanın “2004 Tomis Konstanta” komandasına qarşı keçirəcəkdir.

 

Türkiyədə təlim-məşq toplanışını yekunlaşdıran “Azərreyl” artıq Rumıniyanın Konstanta şəhərindədir. B qrupunda yarışacaq “Rabitə” klubu dekabrın 1-də Bakıdakı “Sərhədçi Olimpiya İdman Mərkəzi”ndə Fransanın “ASPTT Mulhouse” klubunu qəbul edəcəkdir. Dekabrın 7-də isə “Rabitə” Almaniyanın “Dresdner” komandasının qonağı olacaqdır.





Baxış sayı: 763

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024