12px13px15px17px
Tarix:14/02/20

Silinməyən “Android” virusu aşkar edilib

“Malwarebytes” şirkətinin mütəxəssisləri “xHelper” virusu aşkar ediblər. Onların sözlərinə görə, bu zərərverici proqram hətta məlumatları cihazdan tamamilə sildikdən sonra belə “Android”in idarəetməsi altında işləyən smartfona geri qayıdır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, kibertəhlükəsizlik üzrə mütəxəssislər “xHelper” virusuna yoluxdurulmuş smartfona baxış keçiriblər. Onlar cihazı zavod tənzimləmələrinə geri qaytarsalar da, bu zərərverici proqramdan xilas olmaq mümkün olmayıb. Mütəxəssislər bildirirlər ki, virusun faylları silindikdən bir müddət sonra qurğuya geri qayıdır.

 

Mütəxəssislər “XHelper” virusunun xüsusiyyətlərini araşdırdıqdan sonra məlum olub ki, proqramın yenidən geri qayıtması “Google Play” ilə əlaqəlidir, çünki onlayn mağazanı internetdən ayırdıqdan sonra virus geri qayıtmayıb.

 

Mütəxəssislər tənzimləmələrdən “Google Play”i müvəqqəti olaraq dayandırmağı, aparatı istənilən antivirusla yoxlamağı və zərərverici proqramın izlərini silməyi tövsiyə ediblər. Mütəxəssislərin bəyanatına görə, böyük ehtimalla virus daha geri qayıtmayacaq.

 

Bildirək ki, “XHelper” virusu 2019-cu ilin mayında aşkar edilib. Proqram qurbanın smartfonuna müdaxilə edir, quraşdırıldıqdan sonra çoxlu sayda proqram quraşdırır.

 

Emil Hüseynov





Baxış sayı: 536

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024