12px13px15px17px
Tarix:17/02/20

Britaniya “EuroHPC” layihəsini tərk edib

Böyük Britaniya müasir superkompüterlərin yaradılması üzrə “EuroHPC” Panavropa layihəsini tərk edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, Birləşmiş Krallıq layihənin yaradılmasında aktiv iştirak edərək müşahidəçi statusuna malik olub. Hazırda 31 ölkə “EuroHPC” layihəsinin tamhüquqlu üzvüdür, Malta isə müşahidəçi qismində çıxış edir.

 

“EuroHPC JU” tərəfindən 3 preekzaflops sinifli və 5 petaflops səviyyəli superkompüterin yaradılması üçün maliyyələşmə təsdiq edilib. Layihənin ümumi dəyəri 840 milyon avro təşkil edir. Bu məbləğin təxminən yarısı “EuroHPC” büdcəsindən ayrılacaq. Digər hissə tenderdə iştirak edən ölkələr tərəfindən ödəniləcək. Bu, bütün tender təkliflərinin qəbul olunması deməkdir.

 

Layihə çərçivəsində superkompüter mərkəzlərinin yerləşdirilməsi üçün səkkiz yer müəyyənləşdirilib: Sofiya (Bolqarıstan), Ostrava (Çexiya), Kayani (Finlandiya), Boloniya (İtaliya), Bissen (Lüksemburq), Minho (Portuqaliya), Maribor (Sloveniya) və Barselona (İspaniya). Bütün şəhərlər Avropanın yüksəksürətli şəbəkəsi və superkompüter mərkəzləri arasında birləşdiriləcək.

 

2022-2023-cü illərdə ekzaflops səviyyəli ilk superkompüterin inşası planlaşdırılır. Bundan başqa, layihənin məqsədlərindən biri ABŞ və digər ölkələrin texnologiyalarından asılılığın aradan qaldırılması üçün prosessor və digər komponentlərin yaradılmasıdır.

 

Böyük Britaniya “EuroHPC” layihəsini tərk etdikdən sonra superkompüterlərin inkişafı üçün yeni yollar axtarmalı olacaq.

 

Nizam Nuriyev





Baxış sayı: 555

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024