12px13px15px17px
Tarix:17/02/20

“Huawei” kommersiya sirlərinin oğurlanmasında ittiham edilir

ABŞ Ədliyyə Nazirliyi Çinin “Huawei” telekommunikasiya şirkətinə qarşı yeni ittihamlar irəli sürüb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, nazirlik nümayəndələrinin sözlərinə görə, “Huawei” və onun törəmə şirkətləri (Huawei Device, Huawei USA, Futurewei və Skycom operatoru) biznesin inkişafı məqsədilə ABŞ və Çində kommersiya sirlərinin oğurlanması ilə məşğul olublar. Bu fəaliyyət altı ABŞ şirkətinə şamil edilsə də, onların adı açıqlanmır.

 

“Qeyri-qanuni mənimsənilmiş əqli mülkiyyətə kommersiya sirləri barədə məlumatlar və müəllif hüquqları ilə qorunan işlər daxil olub: marşrutlayıcılar üçün çıxış kodu və istifadəçi təlimatları, antenalar texnologiyası və robotların testləri üzrə texnologiya”, – ABŞ Ədliyyə Nazirliyinin bəyanatında deyilir.

 

Nazirlik nümayəndələrinin fikrincə, “Huawei” əqli mülkiyyət sahibləri ilə sazişlər imzaladıqdan sonra onların texnologiyasını mənimsəyib və kommersiya məqsədləri üçün istifadə edib. Bundan əlavə, Çin istehsalçısı digər şirkətlərin əməkdaşlarını özünə cəlb edib və rəqiblərdən məxfi informasiya əldə edənlər üçün mükafatlandırma proqramını işə salıb.

 

Öz növbəsində “Huawei” ABŞ hakimiyyətinin ittihamlarını rədd edib. “Məlumatlardan istifadə üzrə qaydalar ciddi şəkildə reqlamentləşdirilib. Şirkətin heç bir əməkdaşının şəbəkə operatorunun razılığı olmadan şəbəkədən istifadə etmək hüququ yoxdur”, – Çin istehsalçısının nümayəndəsi vurğulayıb.

 

Nizam Nuriyev





Baxış sayı: 557

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024