12px13px15px17px
Tarix:17/02/20

Yeni bilərzik istifadəçinin ətrafındakı mikrofonların səsini batırır

Çikaqo Universitetinin alimləri istifadəçinin ətrafındakı mikrofonların səsini batıran yeni bilərzik təqdim ediblər. Tədqiqatçılar hesab edirlər ki, ucuz qurğu şəxsi danışıqların məxfiliyini saxlamağa imkan verəcək.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, "indiki reallıqda istənilən insanın səsini yazmaq çox asandır – layihə üzərində işləmiş Çikaqo Universitetinin dosenti Pedro Lopes deyib. İnsanın ətrafında səs yazan qurğular getdikcə artacaq, bu baxımdan sözügedən bilərzik şəxsi məlumatlara edilən hücumlara qarşı faydalı müdafiə alətidir. Hələ ki onu yalnız müvəqqəti istifadə etmək olar – məxfi nəsə demək istədikdə bilərziyi aktivləşdirmək lazımdır. Bu zaman qurğu istifadəçinin ətrafındakı bütün mikrofonların səsini batıracaq".

 

Emil Hüseynov





Baxış sayı: 624

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024