12px13px15px17px
Tarix:29/11/11

“Facebook” bahalaşır

Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” öz qiymətli kağızlarını 2012-ci ilin ikinci rübündə Nyu-York birjasında yerləşdirmək niyyətindədir. “Facebook” 100 milyard dollar dəyərində kapitallaşdırma qiyməti almağı və “İPO” gedişində investorlardan təxminən 10 milyard dollar cəlb etməyi planlaşdırır.

 

Sosial şəbəkənin cari ilin sonuna kimi yerləşdirmə üçün rəsmi sifariş verəcəyi gözlənilir. Analitiklər qeyd ediblər ki, “İPO” gedişində 10 milyard dollar cəlb etmək cəhdi – bu, texnologiya şirkətləri tərəfindən açıq bazarda ən böyük vəsait cəlb etməsidir.

 

Cəlb edilmiş vəsait həcminin əvvəlki rekordu Almaniyanın “İnfineon Technologies” şirkətinə aiddir; 1999-cu ildə 5,23 milyard dollar cəlb edə bilib. Qeyri-kütləvi şirkətlərin səhmləri ilə ticarət edən “SharePost” müstəqil meydançasının qiymətləndirməsinə əsasən, hal-hazırda “Facebook” kapitallaşdırması 66,6 milyard dollar təşkil edir.

 

Müstəqil ekspertlər 100 milyard dollar dəyərində “Facebook” kapitallaşdırma qiymətini açıq-aşkar artırılmış adlandırırlar və real “iPO” anına qədər 70-80 milyard dollara qədər aşağı salınacağını istisna etmirlər.

 

Hal-hazırda “Facebook” istifadəçilərinin bazası 800 milyonu ötür; şəbəkənin öz proqnozuna əsasən, yaxın 2 ildə şəbəkə istifadəçilərinin bazası 1 milyardı ötəcək, həm də auditoriyanın çox hissəsi mobil qurğu və internet-planşetlər vasitəsilə şəbəkədən istifadə edəcək.





Baxış sayı: 1285

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024