12px13px15px17px
Tarix:19/02/20

Kütlədə insanların bədən temperaturunu ölçən robotlar hazırlanıb

Koronavirusla mübarizə çərçivəsində Çin mühəndisləri kütlə içində insanların yüksək bədən temperaturunu müəyyənləşdirən robotlar yaradıblar. Yerli “China Daily” qəzetinin məlumatında robotların istehsalına başlanıldığı bildirilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, bu teplovizor (termal) qurğularının əsas üstünlüyü onların eyni anda bir neçə insanın temperaturunu ölçməsindədir. Bundan başqa, robotlar insanların sifətini tanıyır və identifikasiya edir.

 

Sian Universitetinin professoru Mey Syuesunun sözlərinə görə, ixtira stansiya, aeroport, xəstəxana və digər ictimai yerlərdə istifadə edilə bilər. Hazırda professorun rəhbərliyi ilə çalışan qrup havanın dezinfeksiyasını aparan robot pilotsuz uçuş aparatının hazırlanması üçün səy göstərir. Hər iki kəşf virusun yayılması üzərində nəzarəti yaxşılaşdırmağa və insanlara təsir risklərini azaltmağa kömək edəcək.

 

Nizam Nuriyev





Baxış sayı: 557

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024