12px13px15px17px
Tarix:20/02/20

Mobil qurğular beyində dəyişikliklər yaradır

Alimlər smartfon asılılığı olan insanların beyninin forma və ölçüsündə dəyişikliklər aşkarlayıblar. Belə ki, Almaniya mütəxəssisləri smartfon asılılığı olan 22, asılılığı olmayan 26 nəfərin maqnit-rezonans terapiya təsvirlərindən istifadə edərək 48 iştirakçı üzərində tədqiqat aparıblar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, skanerdən əldə olunan şəkillər göstərib ki, smartfon asılılığından əziyyət çəkən insanların beyninin bir sıra əsas nahiyələrində boz maddənin həcmi daha azdır. Bundan başqa, beyin mərkəzinin aktivliyi azalır.

 

Mütəxəssislərin sözlərinə görə, mobil qurğulardan asılılıq narkotikə aludəçiliyə bərabərdir.

 

“Beyin nahiyələrindən birində boz maddənin azalması əvvəllər narkomaniya ilə bağlı olub”, – həkimlər bildirib.

 

Qeyd olunur ki, bu, smartfondan istifadə və beyində fiziki dəyişikliklər arasında əlaqənin ilk fiziki sübutudur.

 

Beləliklə, smartfonların artan populyarlığını nəzərə alan alimlər müasir mobil qurğuların təhlükəsizlik məsələsini şübhə altına alırlar. Onlar, həmçinin telefonlarla daha çox vaxt keçirən uşaqlara görə xüsusi narahatlıq ifadə edirlər.

 

Nizam Nuriyev





Baxış sayı: 582

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024