12px13px15px17px
Tarix:24/02/20

Ən sürətli internet hansı ölkədədir?

“WebsiteToolTester” şirkəti hesabat dərc edərək ən sürətli internetin olduğu dünya ölkələrinin siyahısını açıqlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, reytinqdə birinci yeri Tayvan tutub. Sonrakı yerlərdə isə Sinqapur, La-Manş boğazında yerləşən Cersi adası, İsveç və Danimarka qərarlaşıb.

 

Həmçinin ilk iyirmiliyə Yaponiya, Lüksemburq, Niderland, İsveçrə, Norveç, Andorra, İspaniya, Belçika, ABŞ, Latviya, Yeni Zelandiya, Estoniya, Honkonq, Macarıstan və Litva daxildir.

 

207 ölkə arasında 53-cü yeri tutan Rusiya Bolqarıstan, Madaqaskar, Rumıniya, Makao və Barbadosdan geri qalıb.

 

Hesabata görə, Rusiyada beş giqabayt yaddaş tutumuna malik videonu yükləmək üçün orta hesabla 45 dəqiqə 51 saniyə tələb olunduğu halda reytinqin qalibi Tayvanda bu göstərici 8 dəqiqə 2 saniyə təşkil edir.

 

Nizam Nuriyev





Baxış sayı: 626

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024