12px13px15px17px
Tarix:24/02/20

Avropa İttifaqında süni intellekt sahəsinin tənzimlənməsi üzrə plan hazırlanıb

Avropa Komissiyası süni intellekt sənayesi üçün tənzimləyici norma və tələblərin yaradılması üzrə plan təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, yaxın on ildə Avropada bu sahəyə illik dövlət və özəl investisiyaların həcminin 20 milyard avro təşkil edəcəyi nəzərdə tutulur. Avropa İttifaqı, həmçinin dövlətləri belə texnologiyalara daha aktiv investisiya yatırmağın təşviqini planlaşdırır.

 

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Avropanın süni intellekt sahəsində səylərini yüksək qiymətləndirərək belə texnologiyaların bir sıra sahələrdə, o cümlədən səhiyyə, kənd təsərrüfatı və energetikada həyati əhəmiyyətə malik olacağını, eləcə də Avropaya öz məqsədlərinə çatmaqda kömək edəcəyini bəyan edib.

 

“Süni intellekt insanlara xidmət etməlidir. Buna görə də o və insan hüquqları arasında uyğunluq olmalıdır. Məhz buna görə prinsipial qərarlar insan tərəfindən qəbul edilməlidir. İnsan hüquqları üçün potensial təhlükə törədən yüksək riskli süni intellekt vahid bazara daxil olmazdan əvvəl yoxlanılmalı və sertifikatlaşdırılmalıdır”, – Avropa Komissiyasının rəhbəri qeyd edib.

 

Aİ tərəfindən insan hüquqlarının pozulması süni intellektdən istifadə edən məhsullar vasitəsilə müəyyənləşdiriləcək. Tələblərə cavab verilmədikdə isə sanksiyaların tətbiqi planlaşdırılır. Süni intellektin tənzimlənməsi üzrə ümumi plan ictimai müzakirəyə çıxarılacaq, qanun layihəsinin isə cari ilin sonunadək hazırlanması nəzərdə tutulur.

 

Bundan başqa, “Facebook”, “Google” və “Amazon” kimi böyük şirkətlərə şamil ediləcək məlumatlardan istifadə üçün tənzimləyici normalar hazırlanacaq. Avropa İttifaqında internet nəhənglərindən informasiyanın müəyyən hissəsinin yerli rəqiblərlə bölüşülməsi tələb oluna bilər.

 

Nizam Nuriyev





Baxış sayı: 571

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024