12px13px15px17px
Tarix:24/02/20

Ən ucuz düyməli smartfon təqdim edilib

Pakistanın “Jazz” telekommunikasiya şirkəti “Jazz Digit 4G” adlı dünyanın ən ucuz düyməli smartfonunu buraxıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DGL” resursuna istinadən yazır ki, qiyməti 11 dollar təşkil edən qurğunu əldə etmək üçün operatorla aylıq 2 dollar olmaqla illik müqavilə imzalamaq tələb olunur. Bu, Pakistanda rabitə ödənişi üçün adi məbləğ hesab edildiyindən təklif çox sərfəli görünür. Müqaviləsiz istifadə üçün smartfonun qiyməti 27 dollara bərabərdir.

 

Məlumata görə, “KaiOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən “Jazz Digit 4G” smartfonu “WhatsApp” və “Facebook” kimi mobil əlavələrin quraşdırılmasını dəstəkləyir.

 

Həmçinin dördüncü nəsil mobil rabitə şəbəkələrində (LTE) işləyən telefon “Wi-Fi” şəbəkəsini və “GPS” sistemini dəstəkləyir.

 

Bundan əlavə, “Jazz Digit 4G” hər biri 0,3 meqapikselli olmaqla iki kamera, 4 giqabaytlıq quraşdırılmış yaddaş, 2,4 düym diaqonallı ekran və 1 400 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.

 

Nizam Nuriyev





Baxış sayı: 157

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






02 Aprel 2020

01 04 2020

01/04/20
Çox sayda yerli və beynəlxalq təşkilat koronavirus pandemiyası ilə mübarizəyə yönələn “virtual hackathon”a qatılır

Koronavirus pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün 9-12 aprel 

01/04/20
Elektronikanın “Wi-Fi” vasitəsilə şarjı üçün ideya təklif edilib

“Wi-Fi” siqnalı göndərən istənilən qurğu, həmçinin teraherslik dalğalar yayır. Amerikalı mühəndislər

01/04/20
“Office 365” məhsulunun adı dəyişdirilib

“Microsoft” şirkəti “Office 365” məhsulunun adının dəyişdirilməsini elan edib. 2020-ci il aprelin 21-dən

01/04/20
Günəş fırtınalarının öyrənilməsi üçün yeni missiya buraxılacaq

ABŞ Kosmik Agentliyi (NASA) Günəşdə fırtınaların əmələ gəlməsini tədqiq etməyə imkan verən “Sun Radio Int

01/04/20
Yeni “Sony” televizorları nümayiş olunub

“Sony” şirkəti Çində keçirilən ilk onlayn tədbir çərçivəsində premium sinifli yeni “ağıllı”

01/04/20
Ucuz “iPhone” smartfonunun çıxarılma tarixi məlum olub

“Apple”ın məhsulları üzrə bloqer Con Posser “iPhone SE2” smartfonunun çıxarılma tarixini açıqlayıb. O

01/04/20
Məşhur şirkətlər “MANRS” təşəbbüsünə qoşulub

“Mutually Agreed Norms for Routing Security” (MANRS – “Qarşılıqlı razılaşdırılmış marşrutlaşdırma təhlükə

01/04/20
“Samsung” maye-kristal ekranlar bazarını tərk edəcək

“Samsung Electronics” şirkəti maye-kristal ekranların (LCD) istehsalını tam dayandırmaq qərarına gəlib. C

01/04/20
“Samsung”un prosessoru və qabaqcıl kamera ilə təchiz edilmiş smartfon təqdim edilib

“Vivo” şirkəti tərəfindən keçirilmiş onlayn təqdimat zamanı “Vivo S6 5G” adlı smartfon təqdim edilib.

01/04/20
“Microsoft” bütün brauzerləri qıcıqlandıran problemi həll edəcək

“Microsoft” korporasiyası “Chrome”, “Opera” və “Firefox”a alternativ kimi təqdim edilən “E