12px13px15px17px
Tarix:26/02/20

“iPhone” istifadəçilərinin fərdi məlumatları təhlükə altındadır

Proqramçı Tommi Misk “iOS” əməliyyat sistemi üçün əlavələrə “iPhone” və ya “iPad” qurğularının məlumat mübadilə buferinə kopyalanan məlumatlara çıxış əldə etməyə imkan verən boşluq aşkarlayıb. Bu barədə proqramçının bloqunda deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, məlumata görə, bufer mübadilə məlumatları “iOS” sisteminə quraşdırılan istənilən, o cümlədən zərərli proqramlardan istifadə edə bilər. Bu isə o deməkdir ki, fırıldaqçılar tərəfindən praktiki olaraq istifadəçinin istənilən şəxsi məlumatının ələ keçirilməsi mümkündür. Bundan başqa, bank kartı məlumatları və parollar təhlükə altındadır.

 

Proqramçının sözlərinə görə, istifadəçi fotoşəkili kopyalayan zaman mübadilə buferinə şəkillə yanaşı, onun xüsusiyyətlərində saxlanılan bütün məlumatlar köçürülür. Məsələn, “GPS” koordinatları barədə informasiya – istifadəçi bilmədən olduğu yeri göstərir.

 

Mütəxəssis əlavə edib ki, fərdi məlumatların oğurlanması “iPhone” və “iPad” sahibləri hiss etmədən baş verir. O əmindir ki, mübadilə buferi məlumatlarından (kamera və ya kontaktlara çıxışda olduğu kimi) istifadə üçün istifadəçinin razılığı olmalıdır. Lakin “Apple” şirkəti tərəfindən məsələ ilə bağlı proqramçıya ünvanlanan cavabda aşkarlanan problemin boşluq hesab edilməməsi və onun aradan qaldırılmasının planlaşdırılmaması bildirilib.

 

Nizam Nuriyev





Baxış sayı: 570

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024