12px13px15px17px
Tarix:26/02/20

2019-cu ilin ən populyar smartfonu məlum olub

“Omdia” tədqiqat şirkətinin məlumatına görə, 2019-cu ildə ən çox satılan smartfon 2018-ci ildə təqdim edilmiş “iPhone XR” olub: “Apple” korporasiyası 46,3 milyon belə aparat satıb. “iPhone 11” smartfonu ikinci yeri tutub. Ötən il 37,3 milyon belə telefon satılıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, 2019-cu ildə ən populyar smartfonların reytinqində “Samsung”un qurğuları (“Galaxy A10”, ”A50” və “A20”) 3-5-ci yerlərdə qərarlaşıb. Bu ucuz qurğuların satış həcmi müvafiq olaraq 30,3, 24,2 və 19,2 milyon təşkil edib.

 

Beləliklə, hələ ki nə “Samsung”, nə “Huawei”, nə də başqa istehsalçı “Apple” şirkətini bahalı smartfonlar bazarında sıxışdıra bilmirlər.

 

Emil Hüseynov





Baxış sayı: 844

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024