12px13px15px17px
Tarix:02/03/20

“IDC”: koronavirus qlobal fərdi kompüterlər bazarına təsir edəcək

“IDC”nin analitikləri 2020-ci il üzrə qlobal fərdi kompüter (planşetlər daxil olmaqla) satışının həcmi ilə bağlı proqnoza dəyişiklik ediblər. Ötən illə müqayisədə satış həcmi 9% azalaraq 374,2 milyon təşkil edəcək. Uzunmüddətli proqnoz müsbət olaraq qalır: 2024-cü ilədək satış həcmi 377,2 milyonadək yüksələcək ki, bu da ildə 0,2% artıma bərabərdir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “computerworld.ru” saytına istinadən yazır ki, 2020-ci ildə qeydə alınacaq azalma iki əsas amillə bağlıdır: birincisi, 2019-cu ilin yüksək nəticəsi ilə müqayisə, ikincisi isə “COVID-19” koronavirus epidemiyasına görə kompüterlərin istehsalı və onlara tələbat azalır. 2020-ci ilin birinci rübündə tədarük həcmi 8,2%, ikinci rübdə isə 12,7% azalacaq. İlin ikinci yarısında vəziyyət bir qədər yaxşılaşacaq, amma kompüter bazarında azalma davam edəcək.

 

Emil Hüseynov





Baxış sayı: 735

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024