12px13px15px17px
Tarix:30/11/11

Nokia şirkəti işdən çıxarılmış rumıniyalılara ucuz smartfonlar hədiyyə edib

Romania Business Insider xəbər verib ki, Nokia şirkəti Ruminiyanın Kluj şəhərindəki zavodu planlaşdırdığından 1 ay tez bağlamağa qərar verib. 500 əməkdaş keçən cümə günü işdən çıxarılıb, qalan 1830 əməkdaş isə bu gün işindən məhrum olacaq.

 

Finlandiya korporasiyası öz sabiq işçilərinə büdcəyə uyğun Nokia 500 smartfonlarını hədiyyə etməyə qərar verib. Həmkarlar ittifaqının nümayəndəsi qeyd edib ki, müəssisə sifarişlər olmadığına görə zavodu 1 ay əvvəl bağlayır. Hədiyyədən (smartfon) əlavə işdən çıxarılmış hər bir şəxs 3 aylıq maaş ölçüsündə kompensasiya alacaq.





Baxış sayı: 1210

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






08 May 2024

07 05 2024