12px13px15px17px
Tarix:04/03/20

“WhatsApp” messenceri mesajları şifr ilə qoruyacaq

"WhatsApp" messencerinin "Android" üçün yeni beta versiyasında ehtiyat nüsxələri qorumaq üçün əlavə funksiya əlçatan olub.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hi-tech.mail.ru" saytına istinadən yazır ki, "WhatsApp" messencerində ehtiyat nüsxələrin köçürülməsi funksiyası var: tətbiqetmə bütün mesajların tarixçəsini və faylları bulud anbarında saxlayır. Bu, bir smartfondan digərinə keçərkən, yaxud smartfonun sınması və ya itirilməsi zamanı mesajları itirməmək üçün lazımdır. Parametrlərdə bu funksiya aktiv edilməyibsə, o zaman bütün mesajlarınızı itirə bilərsiniz.

 

"WhatsApp" messencerinin "Android" üçün versiyasında ehtiyat köçürülmə üçün "Google Drive" bulud anbarından istifadə edilir, ancaq orada mesaj arxivi şifrsiz şəklində saxlanılır. Potensial cinayətkar sizin bulud anbarına müdaxilə etsə, onda bütün yazışmaları asanlıqla oxuya bilər. Yeni funksiya arxivi şifr ilə qorumağa imkan verəcək.

 

Emil Hüseynov





Baxış sayı: 566

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024