12px13px15px17px
Tarix:05/03/20

Rusiya İstintaq Komitəsində kibercinayətlərin təhqiqi üzrə şöbə yaradılıb

Rusiya İstintaq Komitəsində yüksək texnologiyalar sahəsində kibercinayətlərin və cinayətlərin araşdırılması üzrə şöbə yaradılıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, Baş İstintaq İdarəsinin tərkibində yeni bölmənin yaradılması haqqında əmr ötən ilin dekabrında Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin tərəfindən imzalanıb. Şöbənin müstəntiqləri xüsusi spesifikliyi ilə seçilən cinayətlərin araşdırılmasında ixtisaslaşıblar.

 

Məlumata görə, qərar son illər Rusiyada kibercinayətlərin sayının artması ilə əlaqədar qəbul edilib. Məsələn, 2018-ci ildə Rusiyada belə kiberhücumların sayı 170 min olduğu halda 2019-cu ilin üç rübü ərzində bu rəqəm 200 min təşkil edib.

 

Komitənin məlumatında deyilir ki, kibercinayətlər araşdırılması baxımından xüsusi mürəkkəbliyi ilə fərqlənir ki, bu da onların təkcə öz spesifikliyi və qeyri-aşkarlığı ilə deyil, həm də regionlararası və beynəlxalq xarakter daşıması ilə əlaqədardır.

 

Nizam Nuriyev





Baxış sayı: 527

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024