12px13px15px17px
Tarix:05/03/20

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyinin Biləsuvar və Salyanda keçirilməsi nəzərdə tutulan vətəndaşlarla görüşlərinin vaxtı dəyişdirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyinin Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda 2020-ci ilin mart ayında vətəndaşları qəbul cədvəlinə uyğun olaraq martın 6-da Biləsuvar və Salyanda keçirilməsi nəzərdə tutulan görüşlərinin vaxtı dəyişdirilib.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə 31 mart 2020-ci il tarixində Biləsuvar şəhərində Biləsuvar və Neftçala sakinlərini, nazirin birinci müavini Əli Abdullayev isə həmin tarixdə Salyanda rayon sakinlərini qəbul edəcək.

 

Vətəndaşlar “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 nömrəli Çağrı Mərkəzi, 012 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.





Baxış sayı: 1394

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024