12px13px15px17px
Tarix:06/03/20

ABŞ-da dünyanın ən güclü superkompüteri yaradılıb

ABŞ-da “El Capitan” adlı dünyanın ən güclü superkompüteri hazırlanıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, “El Capitan” Lourens adına Livermor Milli Laboratoriyası və “Hewlett Packard Enterprise” şirkəti tərəfindən ABŞ Energetika Nazirliyi üçün hazırlanıb. O, “Zen 4” nüvəsinə malik “Genoa” kod adlı növbəti nəsil “AMD EPYC” prosessoru və yeni “Radeon Instinct” qrafik prosessoru ilə təchiz edilib. “El Capitan” dünyanın hazırkı 200 superkompüterindən 10 dəfə güclüdür.

 

Məlumata görə, superkompüter ABŞ-ın təhlükəsizliyini qorumaq, xərçəng dərmanlarının axtarışı və xərçəng xəstəliyi hallarının 30 faizi ilə bağlı “RAS” zülallarında mutasiyaların tədqiqi üçün istifadə ediləcək.

 

2023-cü ilin əvvəlində buraxılacaq “El Capitan” superkompüterinin qiyməti 600 milyon dollar təşkil edir.

 

Nizam Nuriyev





Baxış sayı: 582

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024