12px13px15px17px
Tarix:30/11/11

Yol hərəkəti qaydalarını pozanlar cərimələrini poçt şöbəsində ödəyə bilər

Milli Məclis “Yol hərəkəti haqqında” Qanuna yeni əlavələr və dəyişikliklər edib. Bu əlavələrdə yol hərəkəti qaydaları pozuntusunun aşkar edilməsi və məsuliyyətə cəlbetmə ilə bağlı yeni qaydalar nəzərdə tutulub.

 

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) vətəndaşlara cərimə haqlarının poçt şöbələrində ödəyə bilmələri haqqında məlumat yayıb. Məlumatda deyilir ki, vətəndaşların rahatlığını təmin etmək üçün inzibati xəta törədən sürücü cərimə haqqını yaxınlıqdakı istənilən poçt şöbəsində ödəyə bilər.

 

Bundan başqa həmin əlavədə deyilir ki, inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində inzibati xəta törətmiş şəxs cərimə bildirişi üzrə müvafiq məbləği 3 iş günü müddətində banka ödəməlidir.

 

Belə olan halda həmin şəxs tətbiq olunan cərimə məbləğinin 10 faizi miqdarında əlavə ödənişindən azad ediləcəkdir. Cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan 30 gün müddətində ödənilmədikdə isə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 2 faizi miqdarında dəbbə pulu hesablanacaqdır.

 

Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə isə həmin qərarı qəbul etmiş məhkəmə və ya DYP-nin vəzifəli şəxsi inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə yeni qərar qəbul edə bilər.

 

BDYPİ nəqliyyat vasitələri sahiblərinin və sürücülərin nəzərinə çatdırır ki, inzibati xəta üzrə cərimə bildirişi aldıqdan 2 ay müddətində həmin məbləği banka ödəməyən şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsi DYP əməkdaşı tərəfindən saxlanılacaq və avtomobil DYP-nin mühafizə olunan duracağına aparılacaqdır.





Baxış sayı: 3368

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024