12px13px15px17px
Tarix:07/03/20

1 milyarddan çox “Android” qurğusu kiberhücumlar qarşısında dayanıqsızdır

Dünyada “Android” sisteminin idarəetməsi altında işləyən 1 milyarddan çox qurğu haker hücumları qarşısında dayanıqsızdır, çünki həmin qurğular lazımi təhlükəsizlik yeniləmələri almır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, “Which?” resursunun araşdırmasına görə, dünyada “Android” istifadəçilərinin 42,1%-i sözügedən mobil əməliyyat sisteminin 6.0 və daha əvvəlki versiyalarından (Marshmallow (2015), Lollipop (2014), KitKat (2013), Jellybean (2012), Ice Cream Sandwich (2011) və ya Gingerbread (2010)) istifadə edirlər. Beləliklə, əməliyyat sisteminin köhnə versiyalarının idarəetməsi altında işləyən qurğuların istifadəçiləri zərərverici proqram təminatına yoluxma, məlumat itkisi və kiberhücum təhlükəsi altındadır.
 
Məlum olduğu kimi, ƏS-nin ən son versiyaları (Android 10, Android 9.0 Pie və Android 8.0 Oreo) təhlükəsizlik yeniləmələri alır, daha əvvəlki versiyalar isə haker hücumları qarşısında dayanıqsızdır. Mütəxəssislər araşdırma üçün “Motorola X”, “Sony Xperia Z2” və “Samsung Galaxy A5 2017” daxil olmaqla bir neçə mobil telefon modeli əldə ediblər və bu cihazların məlum boşluqlar qarşısında dayanıqsız olduğu məlum olub.
 
Emil Hüseynov



Baxış sayı: 738

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






31 Mart 2020

30 03 2020

30/03/20
“Samsung” uzun müddət avtonom işləyən ucuz “Galaxy M11” smartfonunu təqdim edib

“Samsung” şirkəti öz rəsmi saytında “Galaxy M11” smartfonunu təqdim edib. Smartfonun əsas xüsusiyyətləri 

30/03/20
Bərpa olunan enerji planetə mənfi təsir göstərir

Bərpa olunan enerji mənbələrindən təmiz enerjiyə keçid zərərli tullantıların azaldılması və planetdə həya

30/03/20
“Apple” prosessorlu ilk noutbuklar 2021-ci ildə buraxılacaq

“Apple” şirkəti 2021-ci ildə noutbuk və masaüstü kompüterləri öz istehsalı olan “ARM” arxitekturalı

30/03/20
“Samsung Galaxy Chromebook” noutbuku nə vaxt satışa çıxarılacaq?

“Samsung” şirkətinin premium “Galaxy Chromebook” noutbukunun rəsmi satışa çıxarılma tarixi məlum olub. 

30/03/20
Çinin texnoloji nəhəngləri “bulud” oyun platformasının yaradılması üçün səyləri birləşdirib

Çinin iki nəhəng texnoloji şirkəti – “Huawei Technologies” və “Tencent Holdings” mobil əyləncə

30/03/20
Bu şirkət mobil prosessor bazarında öz mövqeyini möhkəmləndirib

Prosessor smartfonun “ürəyi” hesab edilir, digər bütün komponentlərin işləməsi ondan asılıdır. 

30/03/20
“Huawei” yeni texnologiyaların tədqiqatına rekord məbləğ yatırır

Karantin rejimi tətbiq edildikdən sonra Çinin böyük şirkətləri işlərini dayandırmaq məcburiyyətində qalıb

30/03/20
“Dyson” ağciyərin süni ventilyasiyası üçün aparatların istehsalına başlayacaq

Tozsoran istehsalçısı kimi tanınan Böyük Britaniyanın “Dyson” texniki şirkəti yeni növ koronavirus (COVID

30/03/20
Kompüterin köməyilə beyin siqnallarını oxumaq üçün yeni metod hazırlanıb

Beynəlxalq alimlər qrupu beyin neyronlarından gələn siqnalları silisium çipinə ötürməyə müvəffəq olublar.