12px13px15px17px
Tarix:11/03/20

“Microsoft” şirkəti “Windows 10” yeniləməsi ilə bağlı kritik problemləri etiraf edib

"Microsoft" korporasiyası "Windows 10" əməliyyat sistemi üçün "KB4535996" yeniləməsini yükləmiş istifadəçilərin şikayətlərinə reaksiya verib. Şirkət bu yeniləməni silməyi tövsiyə edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, sözügedən sistem yeniləməsindən sonra bir çox istifadəçilər "Sign Tool" proqramının işləməsindən, məhsuldarlığın aşağı düşməsindən, sistemin donması və sönməsindən, həmçinin "mavi ekran"la nəticələnən kritik səhvlərin yaranmasından şikayət edirdilər. Şirkət yalnız "Sign Tool" ilə bağlı yaranan problemləri etiraf edib və "KB4535996" yeniləməsini silməyi tövsiyə edib.

 

"Microsoft"un əməkdaşı, həmçinin istifadəçilərə dəstək forumunda məlumat verib ki, problemləri həll edən yeniləmə 2020-ci il martın ortalarında təqdim ediləcək.

 

Emil Hüseynov





Baxış sayı: 915

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024