12px13px15px17px
Tarix:11/03/20

Düyməsiz smartfonların yaradılması üçün texnologiya təqdim edilib (VİDEO)

"Sentons" sensor istehsalçısı "Foxconn" texnoloji nəhənginin dəstəyi ilə qurğuların səs, enerji və digər funksiyalarının klassik idarəetmə elementlərini tam aradan qaldırmağa imkan verən "SDS ButtonBar" texnologiyasını nümayiş etdirib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, mütəxəssislərin sözlərinə görə, virtual düyməli sensor paneli smartfonun istənilən səthinə inteqrasiya etmək mümkündür. O, basılma və jestlər vasitəsilə bütün funksiyaların yerinə yetirilməsi üçün proqramlaşdırılan 20 ultrasəsli sensora malik 1,9 düym uzunluğunda elementdir.

 

Bildirilir ki, virtual düymələrin əsas üstünlüklərindən biri kimi istismar zamanı komplekt hissələrin sıradan çıxarılması riskinin azaldılması göstərilir. Bundan başqa, korpusu kəsiksiz smartfonlar su və tozdan daha yaxşı qorunacaq. "SDS ButtonBar" proqram təminatı da təsadüfi basılmalar zamanı işədüşmələrdən mühafizəni nəzərdə tutur, texnologiyanın dünyanın məşhur ehtiyat hissələri istehsalçısı "Foxconn" tərəfindən dəstəklənməsi isə onun elektronika istehsalçıları arasında uğurlu inkişafını təmin edəcək.

 

Qeyd edək ki, oxşar texnologiyaların sınağı çoxdan keçirilsə də, indiyədək geniş yayılmayıb. Texnologiyanın əsas çatışmazlığı kimi mütəxəssislər tərəfindən proqram təminatında nasazlıqlar yaranan zamanı enerji düyməsini uzun müddət basaraq məcburi yenidən başlatmağın mümkün olmaması qeyd olunur. Ənənəvi smartfonlarda bu funksiya adətən avtomatik quraşdırılır.

 

Nizam Nuriyev

 

 





Baxış sayı: 732

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024